"Eşref-Rüya"da yayımlanan bu səhnə tənqid edilir - VİDEO - Admenasi
Şou biznes xəbərləri

“Eşref-Rüya”da yayımlanan bu səhnə tənqid edilir – VİDEO

Televiziya ekranlarında zorakılıq səhnələrinin artması müzakirə olunmaqda davam edərkən, yayımlanan bir serialdakı səhnə ictimaiyyət arasında ciddi narazılıq doğurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, “Eşref-Rüya” serialında nümayiş etdirilən epizodda Dinçer adlı obrazın öz anasını boğaraq öldürdüyü kadrlar tamaşaçılara təqdim edilib. Səhnənin uşaqların da ekran qarşısında ola biləcəyi saat qurşağında yayımlanması isə tənqidlərin əsas səbəblərindən birinə çevrilib.

Narazılığı artıran digər məqam isə istehsalçı şirkətin həmin səhnəni rəsmi “YouTube” kanalında ayrıca “Öz anasını əlləri ilə öldürdü” başlığı ilə paylaşması olub. Qısa müddətdə geniş yayılan görüntülər sosial mediada müzakirə mövzusuna çevrilib. Bir çox izləyici serialın zorakılığı normallaşdırdığını və etik sərhədləri aşdığını bildirib.

Tamaşaçılar xüsusilə uşaq və yeniyetmələrin bu cür ağır səhnələrdən psixoloji baxımdan mənfi təsirlənə biləcəyini vurğulayıblar. Onların fikrincə, milli kanalda bu dərəcədə sərt məzmunun yayımlanması məsuliyyətsizlikdir.

Sosial şəbəkələrdə edilən şərhlərdə serialın ssenarisi və yayım siyasəti kəskin tənqid olunub. Bəzi istifadəçilər belə səhnələrin ümumiyyətlə çəkilməməli olduğunu, digərləri isə artıq gündəlik həyatda kifayət qədər zorakılıq xəbərləri olduğu halda bu cür görüntülərin əlavə təsir yaratdığını qeyd ediblər. Serialın xüsusilə gənc tamaşaçılara mümkün mənfi təsiri müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386581/esref-ruyada-yayimlanan-bu-sehne-tenqid-edilir-video

Mənbə: https://sonxeber.az/386581/esref-ruyada-yayimlanan-bu-sehne-tenqid-edilir-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button