Əsgərliyə gedən gənc sevgilisindən aldığı mesajla həyatının şokunu yaşadı - Admenasi
Maraqli

Əsgərliyə gedən gənc sevgilisindən aldığı mesajla həyatının şokunu yaşadı

Türkiyədə hərbi xidmətə yollanan gənc, sevgilisindən gələn “bitdi” mesajı ilə ayrıldığını öyrənib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, altı ay davam edəcək hərbi xidmətə başlayan gənc, xidmət müddətində sevgilisindən gələn mesajla münasibətlərinin sona çatdığını anlayıb. Paylaşılan yazışmalarda gəncin “Məni istəmirsən?” sualına qarşı tərəfin “İstəmirəm, bitdi” cavabını verdiyi görünür.

Ayrılığın səbəbini soruşan gəncə isə “Artıq səni sevmirəm, mənə sıxıcı gəlirsən” sözləri ilə cavab verildiyi bildirilir. Bu sözlərdən sarsılan gənc son olaraq demək istədiklərini mahnı misraları ilə çatdırıb.

O, Cem Adrianın “Səni özümdən qoruyub başqa bir qəlbə əmanət etdim” sözlərini paylaşaraq sevgilisi ilə vidalaşıb və “Sağ ol, sevdiyim” mesajı ilə yazışmanı sonlandırıb.

Duyğusal yazışma qısa müddətdə sosial mediada geniş yayılıb. Bir çox istifadəçi hərbi xidmətdə olan gəncin yaşadığı ayrılığa üzüldüyünü bildirən şərhlər paylaşıb.

Mənbə: https://sonxeber.az/387051/esgerliye-geden-genc-sevgilisinden-aldigi-mesajla-heyatinin-sokunu-yasadi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button