Ər-arvadı öldürən qatilin ifadəsi dəhşət saçıb! - Admenasi
Hadise

Ər-arvadı öldürən qatilin ifadəsi dəhşət saçıb!

Kastamonunun Taşköprü rayonunda tarladan traktorla evə qayıdan Sinan və Kadriye Abak cütlüyünün qətlə yetirilməsi ilə bağlı təqsirləndirilən N.A. ilk dəfə məhkəmə qarşısına çıxıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iş üzrə keçirilən ilk məhkəmə iclasında sanıq geniş müdafiə çıxışı edib.

Məhkəmədə verdiyi ifadədə N.A. hadisədən əvvəl ailəsi ilə bağlı ciddi problemlər yaşadığını bildirib. O, nəvəsinin qaçırılması ilə bağlı iddialar səsləndirib və bu səbəbdən bir müddətdir təhdidlər aldığını deyib. Sanığın sözlərinə görə, hadisə günü yolda Sinan Abak ilə qarşılaşıblar və həmin an aralarında gərginlik yaranıb.

N.A. ifadəsində qeyd edib ki, Sinan Abak ona söyüş söyərək hədə-qorxu gəlib və əlini belinə aparıb. Bu anda silah səsi eşitdiyini deyən sanıq, özünün və həyat yoldaşının həyatının təhlükədə olduğunu düşündüyünü vurğulayıb. “Bizi öldürəcəyini sandım. Özümü və həyat yoldaşımı qorumaq üçün atəş açdım. Kimisə hədəf almadım. Panika düşdüyüm üçün neçə dəfə atəş açdığımı xatırlamıram”, – deyə N.A. bildirib.

Hadisə nəticəsində Sinan və Kadriye Abak hadisə yerində həyatlarını itirib. Məhkəmə iclasında tərəflərin ifadələri dinlənilib, prosesin növbəti mərhələdə davam etdiriləcəyi bildirilib. İş üzrə araşdırmalar və məhkəmə baxışı davam edir.

Mənbə: https://sonxeber.az/385936/er-arvadi-olduren-qatilin-ifadesi-dehset-sacib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button