Ərəblər Burak Özçiviti "qara siyahı"ya saldı - Admenasi
Şou biznes xəbərləri

Ərəblər Burak Özçiviti “qara siyahı”ya saldı

Türkiyəli məşhur aktyor Burak Özçivitin bu il “Joy Awards” mükafatlandırma mərasiminə dəvət edilməməsi diqqət çəkib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı pərdəarxası iddialar isə sosial mediada və şou-biznes dairələrində geniş müzakirə olunur.

Kulis məlumatlarına görə, Burak Özçivitin ötən il tədbir zamanı yaşanan “məkanı bəyənməmə” böhranı səbəbindən təşkilatçılar tərəfindən qara siyahıya salındığı iddia edilir. Bildirilir ki, məhz bu səbəbdən aktyor bu ilki tədbirə dəvət olunmayıb.

Məsələ ilə bağlı nə Burak Özçivit, nə də “Joy Awards” təşkilatçıları tərəfindən rəsmi açıqlama verilməyib. Buna baxmayaraq, iddia qısa zamanda gündəmə çevrilərək geniş maraq doğurub.

Mənbə: https://sonxeber.az/385711/erebler-burak-ozciviti-qara-siyahiya-saldi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button