Əqli məhdudiyyətli gənci krana bağlayaraq işgəncə verdilər – VİDEO

Ankarada yerləşən bir iş yerində əqli məhdudiyyətli gəncin ayaqlarından krana bağlanaraq işgəncəyə məruz qalmasını əks etdirən görüntülər sosial şəbəkələrdə böyük etiraz dalğası yaradıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, görüntülərin yayılmasından sonra polis dərhal əməliyyat keçirib.
Aparılan araşdırmalar nəticəsində hadisədə iştirak edən 4 nəfər saxlanılıb. Hadisə ictimaiyyət tərəfindən sərt tənqid olunub və insanlıqdan kənar davranış kimi qiymətləndirilib.
Faktla bağlı istintaq davam edir və saxlanılan şəxslər barəsində hüquqi tədbirlərin görüləcəyi bildirilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387466/eqli-mehdudiyyetli-genci-krana-baglayaraq-isgence-verdiler-video
Mənbə: https://sonxeber.az/387466/eqli-mehdudiyyetli-genci-krana-baglayaraq-isgence-verdiler-video



