Ən acınacaqlı anlardan birini yaşayan 73 yaşlı kişi necə xilas edildi – VİDEO

Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda yerləşən İZBAN Çiğli stansiyasında 73 yaşlı Hamit Öğretim qatar gözlədiyi vaxt qəfil halı pisləşərək yerə yıxılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı stansiyada sərnişin olan bir qadın sağlamlıq işçisi yaşlı kişinin ürəyinin dayandığını fərq edərək dərhal müdaxilə edib.
Sağlamlıq işçisi Hamit Öğretimə ürək masajı edib və stansiyada mövcud olan avtomatik xarici defibrilator (daşınan şok cihazı) vasitəsilə də müdaxilə həyata keçirilib. İlkin tibbi yardımın ardından yaşlı kişinin nəbzi yenidən bərpa olunub.
Daha sonra təcili tibbi yardım briqadası tərəfindən Çiğli Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan Hamit Öğretimin vəziyyətinin ağır olduğu bildirilib. Məlumata görə, xəstəxanada entubasiya edilən kişinin müalicəsi davam edir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384130/qatar-gozleyerken-ureyi-dayanan-kisi-gorun-nece-xilas-edildi-video
Mənbə: https://sonxeber.az/384130/qatar-gozleyerken-ureyi-dayanan-kisi-gorun-nece-xilas-edildi-video



