Sosial
Əminağa Sadıqovun elmi adı ləğv edildi
Sonxeber.az-ın Globalinfo.az-a istinadən məlumatına görə, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovun elmi adı ləğv edilib.
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib. Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Əminağa Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.
Mənbə: https://sonxeber.az/384126/eminaga-sadiqovun-elmi-adi-legv-edildi



