Hadise
Əməllərini ört-basdır etmək üçün kamera görüntülərini də oğurlayan şəxs saxlanıldı

Sumqayıt şəhərində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib.
Oxu.Az xəbər verir ki, o, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb.



