“Duru Su” “işlanqla” doldurulub: Şamxal Salmazadənin rəhbərliyində olduğu müəssisədən görüntülər – Video

Ramana qəsəbəsində, Şuşa şəhərciyi adlanan ərazidə fəaliyyət göstərən “Duru Su” adlı su istehsalı sexində krant suyunun doldurularaq satışa çıxarıldığına dair ciddi faktlar aşkarlanıb.
XALQ bilir ki, Bolge.tv-nin əməkdaşları yerli sakinlərin tərəfindən edilən şikayət əsasında həmin ünvanda yerləşən su sexində olublar.
Sözügedən ərazidə aparılan çəkiliş zamanı məlum olub ki, sexdə çap edilən saxta etketlər ilə su balonları satışa çıxarılır. Həmçinin həmin su balonları təmizlənmiş su ilə deyil, sexdən keçən su krantına bağlanmış şlanq vasitəsi ilə doldurulur və sonra da sifarişi öncədə alınan ünvanlar daşınır.
Çəkiliş zamanı oda məlum olub ki, sexin işçisi qanunsuz fəaliyyəti göstərdiklərini etiraf edib və krant suyunun qablaşdırılaraq satışa verildiyini təsdiqləyib. Saxta su sexinin rəhbəri özünü Kəlbəcərli kimi tanıtaran sahibkar Salmanzadə Şamxal, törətdiyi əməlini qanuni hesab edir və hər bir işçisinin qanuni şəkildə işlədiklərini deyir.
Baş verən mühüm hadisəni ictimailəşdirmək meyar mənsubu olaraq bizlərin borcudur. Minlərlə vətəndaşımızın sağlamlığına yaradılan real təhlükəni hüquqi tərəfdən qarşıdurmaq hüquq-mühafizə orqanlarının işidir. İnanırıq ki, hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi operativ şəkildə qanunsuzluqlarla dolu su sexinin iş icraçısı Şamxal Salmanzadə ilə bağlı qanuni ölçü götürə biləcəklər…



