Dulger: Almaniya yarandığı andan bəri ən uzunmüddətli böhran dövrünü yaşayır - Admenasi
Xeberler

Dulger: Almaniya yarandığı andan bəri ən uzunmüddətli böhran dövrünü yaşayır

Almaniya Federativ Respublikası yarandığı gündən bəri ən uzunmüddətli böhran dövrünü yaşayır.

“Report” xəbər verir ki, bunu Almaniya İşəgötürənlər Assosiasiyasının rəhbəri Rayner Dulger DPA-ya müsahibəsində bildirib.

“Almaniyaya qətiyyətli bir sıçrayış lazımdır, əks halda, uzunmüddətli böhran təhlükəsi var… Biz Federativ Respublika yarandığı vaxtdan bəri ən uzun sürən böhranın içindəyik”, – deyə o qeyd edib.

Dulger ölkədə bürokratiyanın azaldılmasına çağırıb. O, əmindir ki, bu, vətəndaşlara inkişaf üçün daha çox azadlıq verəcək.

Onun fikrincə, xarici siyasət böhranları daxili islahatları daha zəruri edir. O, kansler Fridrix Mertsə müraciət edərək bildirib ki, iqtisadi artım olmadan effektiv xarici siyasət mümkün deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button