Hadise
“Dudak Kralı” Jordan Park Kim Kardashiana bənzəmək üçün çoxsaylı estetik əməliyyatlar edən şöhret olub

“Dudak Kralı” (Lip King) ləqəbi ilə tanınan Jordan James Parke, İngiltərənin paytaxtı London şəhərində bir rezidansda huşsuz vəziyyətdə aşkar edilib. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxanaya aparılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Kim Kardashiana bənzəmək üçün çoxsaylı estetik əməliyyatlar etdirən və “Dudak Kralı” ləqəbi ilə tanınan 34 yaşlı Parkenin ölümü “şübhəli” kimi qeydə alınıb. Hadisə ilə bağlı 43 yaşlı bir kişi və 52 yaşlı bir qadın “adam öldürmə” (manslaughter) şübhəsi ilə həbs edilib. Səlahiyyətlilər, ölüm səbəbini müəyyən etmək üçün aparılacaq tibbi ekspertiza nəticələrinin gözlənildiyini açıqlayıblar.



