Dövlət xəstəxanasına sifariş aparan kuryer gördükləri qarşısında şok oldu - VİDEO - Admenasi
Sosial

Dövlət xəstəxanasına sifariş aparan kuryer gördükləri qarşısında şok oldu – VİDEO

Türkiyənin Muş Dövlət Xəstəxanasına sifariş çatdırmaq üçün gedən bir kuryerin xəstəxananın həftəsonu demək olar ki, boş olması ilə bağlı paylaşımı sosial mediada gündəm olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, kuryer çəkdiyi videoda xəstəxanada sakitliyin hökm sürdüyünü və xidmətlərin yetərli olmadığını bildirib. Paylaşım qısa müddətdə geniş yayılıb və çoxsaylı istifadəçilər tərəfindən müzakirə edilib.

Şərhlərdə iki fərqli mövqe önə çıxıb. Bir qrup istifadəçi həftəsonları xəstəxanalarda xidmətin məhdud olmasını tənqid edərək, “Həftəsonu xəstəxananın boş olması mənə də həmişə məntiqsiz gəlib” kimi fikirlərlə kuryeri dəstəkləyib.

Digər qrup isə bu tənqidlərə qarşı çıxaraq səhiyyə işçilərinin istirahət və məzuniyyət hüququna diqqət çəkib. Onlar, “Sizin üçün həftəsonu da poliklinika işləməlidir? Personalın istirahət etməyə haqqı yoxdurmu?” deyə reaksiya veriblər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384865/dovlet-xestexanasina-sifaris-aparan-kuryer-gordukleri-qarsisinda-sok-oldu-video

Mənbə: https://sonxeber.az/384865/dovlet-xestexanasina-sifaris-aparan-kuryer-gordukleri-qarsisinda-sok-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button