Sosial
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifəsindən azad edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) şöbələrindən birinin müdiri işdən çıxarılıb.
Sonxeber.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, agentliyinin İnsan Resursları Departamentinin İstedadların idarəolunması şöbəsinin rəhbəri Sevinc Yusubova vəzifəsindən azad edilib.
Mənbə: https://sonxeber.az/387537/dovlet-mesgulluq-agentliyinin-sobe-mudiri-vezifesinden-azad-edildi



