"DOST mərkəzlərində ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib" - Fərid Məmmədov - Admenasi
Sosial

“DOST mərkəzlərində ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib” – Fərid Məmmədov

Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub.

Sonxeber.az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun 2025-ci il üzrə yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib:

“Ötən il Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. Ümumilikdə indiyədək Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib”.

F.Məmmədov əlavə edib ki, hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır.

Mənbə: https://sonxeber.az/386547/dost-merkezlerinde-umumilikde-oten-dovrde-41-milyondan-cox-vetendasa-xidmet-gosterilib-ferid-memmedov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button