Doqquz uşaq anası iki körpəsinin cəsədini soyuducuda gizlətdi - Admenasi
Hadise

Doqquz uşaq anası iki körpəsinin cəsədini soyuducuda gizlətdi

Fransanın Yuxarı Sona departamentində doqquz uşaq anası olan 50 yaşlı qadın iki körpənin qətlində şübhəli bilinərək həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, yeni doğulmuş körpələrin cəsədləri şübhəlinin Ayviller-e-Liomont kommunasındakı evində soyuducuda aşkar edilib. Qadının qəfil yoxa çıxması polisin diqqətini cəlb edib: o, yaxınlarını xəbərdar etmədən evi tərk edib.

Hazırda evdə onun oğullarından biri yaşayır, lakin onun ifadəsinin məzmunu açıqlanmır. Qadın fevralın 11-də paytaxt bölgəsində saxlanılıb və ona ikiqat körpə qətli ittihamı irəli sürülüb.

Mənbə: https://sonxeber.az/387895/doqquz-usaq-anasi-iki-korpesinin-cesedini-soyuducuda-gizletdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button