Donmuş spagetti viral oldu - Video - Admenasi
Maraqli

Donmuş spagetti viral oldu – Video

ABŞ-li meteoroloq Cennifer MakDermedin donmuş spagetti və çəngəllə bağlı paylaşımı sosial şəbəkələrdə viral olub.​ “Qafqazinfo” xəbər verir ki, Minneapolis şəhərindən olan meteoroloqun “X”dakı bu paylaşımı artıq 9,6 milyon baxış toplayıb. “Bu səhər Minneapolisdə temperatur – 29,4°C-yə düşdü, amma hiss edilən temperatur – 42 idi! Əlbəttə, mən spagetti ilə eksperiment etməli idim”, – MakDermed yazıb. Maraqlıdır ki, oxşar “spagetti fəndi”ni Miçiqan sakini Raçel Vipl da təkrarlayıb. O, çəngəldə spagettinin cəmi 20 dəqiqəyə donduğunu açıqlayıb. Qeyd edək ki, hazırda ABŞ-nin böyük hissəsində soyuq hava şəraiti hakimdir. “Fern” fırtınasının gətirdiyi soyuq hava kütlələri səbəbindən 140 milyondan çox insan təhlükə altına düşüb. Ölkənin azı 22 ştatında fövqəladə vəziyyət elan edilib.

Mənbə: https://sonxeber.az/386235/donmus-spagetti-viral-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button