Diş fırçalayarkən tez-tez yol verilən SƏHVLƏR - Admenasi
Maraqli

Diş fırçalayarkən tez-tez yol verilən SƏHVLƏR

Bir çoxları hesab edir ki, gündə iki dəfə diş fırçalamaq ağız boşluğuna düzgün qulluq üçün kifayətdir. Lakin bu qaydaya əməl olunsa belə, zamanla kariyesə, diş ətlərinin iltihabına və diş minasının zədələnməsinə səbəb ola biləcək səhvlərə yol verilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya stomatoloq və “Revyline” brendinin rəhbəri Maksim Obuşenkov danışıb.

Onun sözlərinə görə, diqqət yalnız dişlərə deyil, diş fırçasının özünə də yetirilməlidir. Hər istifadədən sonra fırça axar su altında yaxşıca yuyulmalı və qapaqsız şəkildə, açıq havada qurudulmalıdır. Qapalı və nəm mühitdə, xüsusilə qoruyucu qapaq altında, fırçanın tüklərində bakteriyalar sürətlə çoxalır. Bu isə təmizləmənin effektivliyini azaldır və müxtəlif diş problemlərinə yol aça bilər.

Obuşenkov dişlərin fırçalanma müddətinə də diqqət çəkib:

“Çox qısa müddətdə fırçalama diş səthindəki ərpi keyfiyyətli şəkildə təmizləməyə imkan vermir. Adi diş fırçası ilə dişləri ən azı üç dəqiqə, düzgün texnika ilə təmizləmək tövsiyə olunur”, – deyə o bildirib.

Ekspert dişləri fırçaladıqdan dərhal sonra ağzı yaxalamaq vərdişinə də diqqət yetirməyi məsləhət görüb. Bəzi hallarda bu, diş pastasının təsirini azalda bilər, çünki aktiv komponentlər lazımi müddətdə təsir göstərməyə macal tapmır.

Tam ağız gigiyenası üçün yalnız diş fırçası kifayət etmir. Diş ipi və irriqator kimi əlavə vasitələrdən də istifadə olunmalıdır.

Sonda stomatoloq xatırladıb ki, diş fırçası və ya elektrikli diş fırçasının başlığı təxminən hər üç aydan bir, həmçinin infeksion xəstəliklərdən sonra dərhal dəyişdirilməlidir. Köhnəlmiş tüklər funksiyasını lazımi səviyyədə yerinə yetirmir və bakteriya mənbəyinə çevrilə bilər.

Mənbə: https://sonxeber.az/388002/dis-fircalayarken-tez-tez-yol-verilen-sehvler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button