Demet Akalından Hande Erçelin geyiminə qalmaqallı rəy – FOTO

Türkiyəli məşhur müğənni Demet Akalın mükafat mərasimində geyimi ilə gündəmə gələn aktrisa Hande Erçel haqqında sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Akalın Erçelin seçdiyi geyimi tənqid edərək, “Mən belə bu qədər zövqsüz ola bilmərəm, canım” ifadələrini işlədib.
Müğənninin bu sözləri qısa zamanda sosial mediada geniş yayılıb və istifadəçilər arasında fikir ayrılığına səbəb olub. Bəzi istifadəçilər Demet Akalının açıqlamasını “lazımsız və incitici” kimi dəyərləndirərkən, digərləri bunun şəxsi fikir olduğunu müdafiə edib.
Hande Erçel tərəfindən məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Demet Akalının paylaşımı isə gün ərzində sosial mediada ən çox müzakirə olunan mövzular sırasında yer alıb.
Mənbə: https://sonxeber.az/385308/demet-akalindan-hande-ercelin-geyimine-qalmaqalli-rey-foto



