Daha 3 azərbaycanlını orada itirdik - Biri Vətən müharibəsi qazisidir... - Admenasi
Sosial

Daha 3 azərbaycanlını orada itirdik – Biri Vətən müharibəsi qazisidir…

Rusiya-Ukrayna müharibəsində daha 3 azərbaycanlı həlak olub.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, onlardan biri Vətən müharibəsi qazisidir. Rusiya ordusunun sıralarında döyüşən 25 yaşlı Fərid Əfəndizadə 44 günlük Vətən müharibəsində iştirak edib və yaralanıb. O, 3-cü qrup müharibə əlili idi. Mərhum ötən gün Ağdaş rayonunda dəfn edilib.

Bundan başqa, Modern.az-ın məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən 1993-cü il təvəllüdlü Cavidan Maqsud oğlu Əbdülrzayev və 2005-ci il təvəllüdlü Cəlal Zeynal oğlu Zeynalov da həlak olublar.

Mənbə: https://sonxeber.az/386029/daha-3-azerbaycanlini-orada-itirdik-biri-veten-muharibesi-qazisidir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button