Hadise
Dərs saatında şagirdləri evinə aparıb təmizlik işlərinə məcbur etdi

İzmirin Bornova bölgəsində fəaliyyət göstərən peşə təhsil mərkəzində çalışan müəllimin dərs saatı zamanı qız şagirdləri məktəbdən çıxararaq öz evinə apardığı və onları təmizlik işlərinə məcbur etdiyi iddia olunur.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı inzibati araşdırma başlanıb.
Araşdırma sənədlərində yer alan fotoşəkillərdə şagirdlərin olduğu mühitdə siqaret və spirtli içki şüşələrinin də olduğu görünür.
Mənbə: https://sonxeber.az/384809/ders-saatinda-sagirdleri-evine-aparib-temizlik-islerine-mecbur-etdi



