Sosial
Dəm qazından qurban olan gənc Vətən müharibəsi qəhrəmanı imiş (FOTO)

Sonxeber.az “Unikal”a istinadən bildirilir ki, 26 yaşlı İmişli rayonun sakini Məmiyev Ramazan Rafiq oğlu dəm qazından boğularaq həyatdan köçüb.
Hadisə onun Bakıda kirayəda olduğu evdə baş verib. Məlumatlara görə, Məmiyev Ramazan Vətən müharibəsi qəhrəmanı olub və bir sıra medallarla təltif edilib. O, Qazaxıstanda işləyib və bir müddət öncə Azərbaycana sənədlərini düzəltmək üçün gəlib.
Mənbə: https://sonxeber.az/386515/dem-qazindan-olen-genc-veten-muharibesi-istirakcisi-imis-foto



