Çində gənclər arasında təhlükəli “plastik torba” trendi yayıldı

Çində bəzi gənclər arasında yayılan yeni “plastik torba” trendi cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, bəzi gənclər kökəlməmək məqsədilə yemək yeyərkən ağızlarının içinə plastik torba yerləşdirir, qidanı çeynədikdən sonra isə torba ilə birlikdə geri çıxarırlar.
İddialara görə, onlar bu üsulla daha az qida qəbul etdiklərini və arıqladıqlarını düşünürlər. Lakin mütəxəssislər bu cür davranışın son dərəcə təhlükəli olduğunu vurğulayırlar.
Ekspertlərin sözlərinə görə, plastik torbanın ağız və boğaz nahiyəsində istifadəsi boğulma riski yarada, həmçinin zəhərli maddələrin orqanizmə keçməsinə səbəb ola bilər. Bundan əlavə, bu üsul qidalanma pozuntularına və ciddi psixoloji problemlərə yol aça bilər.
Mənbə: https://sonxeber.az/388206/cinde-gencler-arasinda-tehlukeli-plastik-torba-trendi-yayildi



