Çexiyalı hokkeyçi Yaromir Yaqr karyerasını 54 yaşında bitirib - Admenasi
Idman

Çexiyalı hokkeyçi Yaromir Yaqr karyerasını 54 yaşında bitirib

Çexiya milli komandasının heyətində 1998-ci il hokkey üzrə Olimpiya çempionu olub, Yaromir Yaqr karyera yolunu bitirdiyini elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə iDnes.cz idmançının açıqlamasına istinadən məlumat yayıb.

54 yaşlı hokkeyçi Çexiyanın “Rıtiyi Kladno” klubunun oyunçusu olub və sonuncu dəfə dekabrın 21-də meydana çıxıb.

O, peşəkar karyerasına 1988-ci ildə başlayıb. “Avanqard” (Rusiya, Omsk) hokkey klubu ilə Avropa Çempionlar Kubokunu (2005) və 2011-ci ildə Kontinental Kuboku qazanıb. Yaqr Olimpiya çempionu (1998) və ikiqat dünya çempionudur (2005, 2010).

Mənbə: https://sonxeber.az/388424/cexiyali-hokkeyci-yaromir-yaqr-54-yasinda-karyerasini-bitirdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button