Çernobıl yaxınlığında nadir at görüntüləndi

Çernobıl Radiasiya-Ekoloji Biosfer Qoruğunda nadir at görüntülənib.
Oxu.Az-ın UNIAN-a istinadən xəbərinə görə, bu barədə qoruqdan məlumat verilib.
Məlumata görə, nadir Prjevalski atı meşədən çıxaraq yolda avtomobilə doğru hərəkət edib.
Bununla bağlı yayılan fotoda qeyri-adi heyvanın yolu keçdiyini görmək mümkündür.
“Qoruğun qış yollarında bəzən gözlənilməz “yol hərəkəti istifadəçiləri” – Prjevalski atları ilə qarşılaşmaq mümkündür, onlar sakitcə öz işlərinin arxasınca gedirlər. Onlar tələsmir, diqqətlə izləyirlər və sanki hər kəsin diqqətlə sürüb-sürmədiyini yoxlayırlar. Buna görə də yavaşlayın, gülümsəyin və unutmayın – burada yol təkcə insanlara deyil, həm də vəhşi təbiətə məxsusdur!” – deyə tədqiqatçılar qeyd ediblər.
Mənbə: https://sonxeber.az/387493/cernobil-yaxinliginda-nadir-at-goruntulendi



