Cenk Tosunun yeni komandası müəyyənləşdi - Admenasi
Idman

Cenk Tosunun yeni komandası müəyyənləşdi

Transfer işlərinə davam edən Fenerbahçe klubunda yalnız yeni oyunçuların transferi deyil, mövcud heyətdəki futbolçuların gələcəyi də müəyyənləşir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, uzun müddətdir heyətdən kənarda qalan və klubun özünə yeni komanda tapmasını istədiyi 34 yaşlı hücumçu Cenk Tosunun yeni komandası bəlli olub. Ertan Süzgünün məlumatına görə, Emre Belözoğlu rəhbərliyindəki Kasımpaşa klubu Cenk Tosun ilə prinsip razılaşmasına gəlib.

İki klub arasında aparılan danışıqlarda da böyük irəliləyiş əldə edildiyi və transferin qısa müddət ərzində reallaşacağı bildirilib.

Süper Liqdə bir çox komanda ilə adı hallanan Cenk Tosunun bu transferdə İstanbuldan ayrılmaq istəməməsinin mühüm rol oynadığı vurğulanır.

Mənbə: https://sonxeber.az/384653/cenk-tosunun-yeni-komandasi-mueyyenlesdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button