Çaydan qum-çınqıl daşıyanlar cəzalandırıldı - Video - Admenasi
Sosial

Çaydan qum-çınqıl daşıyanlar cəzalandırıldı – Video

Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384901/caydan-qum-cinqil-dasiyanlar-cezalandirildi-video

Mənbə: https://sonxeber.az/384901/caydan-qum-cinqil-dasiyanlar-cezalandirildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button