Camex kargo şirkəti ilə bağlı oğurluq iddiası: AirPods bağlamaları boş çıxdı – VİDEO

Saytımıza Camex kargo şirkəti ilə bağlı şikayət daxil olub.
Sonxeber.az xəbər verir ki, vətəndaş ABŞ-da Apple markasının rəsmi saytından AirPods qulaqcıqları sifariş edib. Sözügedən sifarişlər Camex kargo şirkətinin ünvanına göndərlib. Lakin bağlamanı təhvil aldıqdan sonra qutunu açarkən məhsulun içərisində olmadığını görüb.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı Camex şirkətinə müraciət etdikdə qarşı tərəf hadisənin onlarla əlaqəli olmadığını və problemin Apple şirkətindən qaynaqlandığını iddia edib. Bundan sonra vətəndaş Apple ilə əlaqə saxlayıb və şirkət ona ikinci dəfə məhsul göndərib. Lakin həmin bağlama da Camex-in ofisində, müşahidə kameralarının qarşısında açılarkən boş çıxıb.
Vətəndaşın sözlərinə görə, bu hadisədən sonra yenidən Camex rəhbərliyinə müraciət edilsə də, şirkət məsələ ilə bağlı hər hansı araşdırma aparmaqdan imtina edib və məsuliyyətdən yayınmağa çalışıb. Şikayətçi qeyd edir ki, əgər oğurluq kargo daşınması zamanı baş verməyibsə, Camex-in ABŞ-daəkı tərəfdaş kuryer şirkətinə müraciət etmək hüququ var. Lakin buna baxmayaraq, heç bir addım atılmayıb.
Zərərçəkən bildirir ki, baş verənlər Camex-in ya ABŞ-dəkı, ya da Bakıdakı əməkdaşlarının bu hadisədə iştirak ehtimalını gücləndirir.
Qarşı tərəflə əlaqə saxlayıb mövqeyini öyrənmək istəsək də, sorğumuza cavab verən olmadı.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386593/camex-kargo-sirketi-ile-bagli-ogurluq-iddiasi-airpods-baglamalari-bos-cixdi-video



