Cəzaçəkmə müəssisəsinin əməkdaşının bu hərəkəti sosial medianı iki hissəyə ayırıb - Admenasi
Hadise

Cəzaçəkmə müəssisəsinin əməkdaşının bu hərəkəti sosial medianı iki hissəyə ayırıb

Türkiyənin Kahramanmaraş şəhərində cəzaçəkmə müəssisəsinin bir əməkdaşı yol-nəqliyyat hadisəsindən sonra yolda qalan ana və övladlarını üşüməmələri üçün evində qonaq edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ictimaiyyətdə geniş rezonans doğurub və Ədliyyə naziri Yılmaz Tunç tərəfindən də yüksək qiymətləndirilib.

Nazir Yılmaz Tunç mövzu ilə bağlı açıqlamasında bildirib:
“Çətin vəziyyətdə qalan vətəndaşlarımıza ümid olan Cəza İnfaz Müəssisəsi əməkdaşımızı təbrik edirəm. Dövlətimizin şəfqətli üzünü ən gözəl şəkildə göstərən, nümunəvi davranışı ilə könüllərə toxunan əməkdaşımıza təşəkkür edir, yol qəzası keçirən ailəmizə keçmiş olsun arzularımı çatdırıram”.

Cəzaevi əməkdaşının bu davranışı sosial şəbəkələrdə həm təqdirlə qarşılanıb, həm də mübahisələrə səbəb olub. Bəzi istifadəçilər bu addımı insanpərvər və Anadolu mədəniyyətinə uyğun bir yardım kimi qiymətləndirərək alqışlayıblar. Digər tərəfdən isə hadisə zamanı çəkilmiş fotoşəkilin paylaşılmasını tənqid edənlər olub. Şərhlərdə “foto hansı məqsədlə çəkildi?”, “bu nə cür hadisədir?”, “niyə belə bir yardım şəkillə nümayiş etdirilir?” kimi fikirlər səsləndirilib.

Buna baxmayaraq, bir çox sosial şəbəkə istifadəçisi yolda qalan ailəyə yardım edilməsini və xüsusilə qorxu yaşayan uşaqlara göstərilən diqqəti insanlıq nümunəsi kimi dəyərləndirib.

Mənbə: https://sonxeber.az/385239/cezacekme-muessisesinin-emekdasinin-bu-hereketi-sosial-mediani-iki-hisseye-ayirib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button