Maraqli
Çənə nahiyəsində aparılan cərrahi müdaxilədən sonra keçirdiyi dəyişiklik heyrət doğurdu – FOTO

Sosial şəbəkədə paylaşılan gənc bir qadının üz nahiyəsində aparılan cərrahi müdaxilədən əvvəlki və sonrakı görüntüləri geniş marağa səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, üz cizgilərindəki nəzərəçarpacaq disbalans səbəbilə əməliyyata qərar verən qadının, sağalma prosesindən sonra tamamilə fərqli bir görkəm aldığı müşahidə edilib.
Çənə xəttinin yenidən formalaşdırılması nəticəsində təkcə çənə quruluşu deyil, eyni zamanda burun və boyun nahiyəsinin də daha estetik və harmonik görünüş qazandığı diqqət çəkib.
Qısa müddət ərzində viral olan görüntülər üz cərrahiyasının insan simasında yarada bildiyi kəskin dəyişiklikləri bir daha gündəmə gətirib.



