Bursada küçədə havaya atəş açan kişi həbs edildi - VİDEO - Admenasi
Hadise

Bursada küçədə havaya atəş açan kişi həbs edildi – VİDEO

Bursa şəhərinin Nilüfer rayonunda bir şəxsin küçənin ortasında tüfənglə havaya atəş açması ərazidə təşvişə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Nilüfer rayonunun Ürünlü məhəlləsində qeydə alınıb. İddiaya görə, İbrahim G. adlı şəxs əlində nasoslu tüfənglə məhəllə arasında ard-arda havaya atəş açıb. Silah səsləri ətrafdakı sakinlər arasında qorxu və panika yaradıb.

Məlumata görə, şübhəli həmin anları yanında olan dostuna mobil telefonla çəkdirərək sosial şəbəkələrdə paylaşıb. Görüntülərin yayılmasından sonra Bursa İl Emniyet Müdürlüğünün Asayiş Şöbəsinin əməkdaşları əməliyyata başlayıb.

Şəxsiyyəti qısa müddətdə müəyyən edilən şübhəli keçirilən əməliyyat nəticəsində saxlanılıb. Polis bölməsində aparılan istintaq tədbirlərindən sonra o, məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388587/bu-goruntuler-sosial-mediada-paylasildiqdan-sonra-hebs-edildi-video

Mənbə: https://sonxeber.az/388587/bu-goruntuler-sosial-mediada-paylasildiqdan-sonra-hebs-edildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button