Şou biznes xəbərləri
Burcu Özberk: “Mən yaraşıqlı olmayan kişiləri sevirəm”

Türkiyəli məşhur aktrisa Burcu Özberk qatıldığı televiziya proqramında qarşı cinslə bağlı diqqətçəkən açıqlamalar verib. O, klassik yaraşıqlılıq anlayışına məsafəli yanaşdığını bildirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktrisa çıxışı zamanı, “Mən yaraşıqlı olmayan kişiləri sevirəm. “Çirkin kişi karizması” deyilən bir anlayış var”, – deyə vurğulayıb. Özberk bu sözləri ilə xarici görünüşdən daha çox, xarakter və enerjinin onun üçün önəmli olduğunu ifadə edib.
Burcu Özberkin açıqlamaları sosial şəbəkələrdə qısa zamanda geniş müzakirələrə səbəb olub və çoxsaylı istifadəçilər tərəfindən maraqla qarşılanıb.
Mənbə: https://sonxeber.az/387419/burcu-ozberk-men-yarasiqli-olmayan-kisileri-sevirem



