Bülent Ersoydan Ramazan sürprizi – FOTO

Ramazan ayı başlayan kimi türkiyəli məşhur diva Bülent Ersoy Antalyaya səfər edib və köməkçisi üçün sürpriz hədiyyə gətirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, diva, iftar süfrələrinə xüsusi parlaqlıq qatmaq məqsədilə parıltılı salfet qabı seçib və bu hədiyyə sosial mediada böyük maraq doğurub.
Köməkçisi sosial media hesabından paylaşım edərək yazıb:
“Divamız Antalyaya gəldi. Şükürlər olsun… İftar süfrələri üçün parlaq salfet qabı gətirib, yoxsa süfrəyə əyləşməzdi”.
Göstərişli üslubu ilə tanınan Bülent Ersoyun Ramazan süfrələrində də parlaq detallardan imtina etməməsi diqqət çəkdi.
Sosial media istifadəçiləri bu sürprizi həm maraqlı, həm də ilhamverici hesab edərək heyranlıqla qarşılayıblar.
Mənbə: https://sonxeber.az/388119/bulent-ersoydan-ramazan-surprizi-foto



