Bu qadının dedikləri müzakirələrə səbəb oldu: “Ərimin ikinci arvad almasına razıyam” – VİDEO

Sosial şəbəkələrdə bir qadının həyat yoldaşının ikinci bir qadınla evlənməsini qəbul edə biləcəyini deməsi geniş müzakirələr yaradıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qısa zamanda gündəmə çevrilən paylaşım çoxsaylı tənqidi şərhlər alıb.
Sual-cavab formatında yayımlanan görüntülərdə qadın evlilik və çoxarvadlılıqla bağlı fikirlərini bölüşərək, ərinin ikinci bir qadınla ailə qurmasına qısqanclıqla yanaşmayacağını bildirib. O, “İkimizi də eyni dərəcədə sevirsə, niyə qısqanim? Axı o, onun da həyat yoldaşıdır” kimi ifadələr işlədib.
Qadının bu sözləri sosial mediada birmənalı qarşılanmayıb və istifadəçilər arasında geniş fikir ayrılığına səbəb olub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385811/bu-qadinin-dedikleri-muzakirelere-sebeb-oldu-erimin-ikinci-arvad-almasina-raziyam-video



