Bu ölkələrdən gətirilən ƏTLƏRƏ MƏHDUDİYYƏT qoyuldu - Admenasi
Sosial

Bu ölkələrdən gətirilən ƏTLƏRƏ MƏHDUDİYYƏT qoyuldu

Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə Sonxeber.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Mənbə: https://sonxeber.az/384590/bu-olkelerden-getirilen-etlere-mehdudiyyet-qoyuldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button