Bu ayaqyolundan çəkilən mənzərəni bütün dünya danışır - VİDEO - Admenasi
Maraqli

Bu ayaqyolundan çəkilən mənzərəni bütün dünya danışır – VİDEO

Hollandiyada qeydə alınan maraqlı bir görüntü sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Eyndhoven şəhərində yaşayan bir gənc evindəki tualetin pəncərəsindən görünən mənzərəni mobil telefon kamerası ilə lentə alıb. Kamera pəncərəyə yönəldildikdə isə tualetin birbaşa Avropanın köklü futbol klublarından olan PSV Eindhoven klubunun stadionuna baxdığı məlum olub.

Xüsusilə oyun günü çəkilən görüntülər sosial mediada sürətlə yayılıb və istifadəçilərin diqqətini cəlb edib. Paylaşımın altına çoxsaylı şərhlər yazılıb. İstifadəçilər arasında “Onun yerində olmaq istərdim”, “Buradan oyun izləmək əfsanə olar” və “Həqiqətən inanılmaz mənzərədir” kimi rəylər üstünlük təşkil edib.

Qeyri-adi mənzərə sosial şəbəkə istifadəçiləri tərəfindən həm maraqla, həm də zarafatla qarşılanıb və paylaşım qısa müddətdə viral olub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387139/bu-ayaqyolundan-cekilen-menzereni-butun-dunya-danisir-video

Mənbə: https://sonxeber.az/387139/bu-ayaqyolundan-cekilen-menzereni-butun-dunya-danisir-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button