Bu ərazilərdə partlayış səsləri eşidiləcək - Admenasi
Sosial

Bu ərazilərdə partlayış səsləri eşidiləcək

Pirəkəşkül və Ağdərədə 16-20 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda vurğulanıb.

Mənbə: https://sonxeber.az/387955/bu-erazilerde-partlayis-sesleri-esidilecek

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button