Braziliyada aktyorun ailəsinin önündə qətl.

Braziliyada 33 yaşlı aktyor və bloqer Möysəs Trindadi Barbosa Ferreyra evinin yaxınlığında güllələnərək qətlə yetirilib.
Lensta xarici mediaya istinadla bildirir ki, Bayya ştatının Salvador şəhərində baş verib.
Məlumata görə, fevralın 23-də saat təxminən 19 radələrində iki silahlı şəxs motosikletlə onun evinə yaxınlaşıb və küçədə, valideynləri ilə üç azyaşlı övladından ikisinin gözü qarşısında atəş açıb. Ferreyra hadisə yerində həyatını itirib, hücum edənlər isə qaçaraq gizləniblər. Hakimiyyət orqanları hələlik saxlanılanların olmadığını bildirib istintaq davam edir.
Həlak olan şəxs bir neçə teatr kollektivinin üzvü olub. İcmasında cinayətkarlığa və sosial problemlərə qarşı fəal çıxışları ilə tanınırmış. O, yaşadığı rayonda bədii və mədəni tədbirlərin keçirildiyi bir bar da açıb. Bundan əlavə, o, favelalarda həyat və zorakılığa qarşı mübarizəni əks etdirən layihələrdə iştirak edirmiş.
Mənbə: https://sonxeber.az/388777/aktyoru-ailesinin-gozu-onunde-oldurduler



