Idman
Braziliya millisinin futbolçusu ölkəsinin “Atletiko Mineyro” klubuna transfer olunub

Braziliya millisinin futbolçusu Renan Lodi azad agent kimi ölkəsinin “Atletiko Mineyro” komandası ilə müqavilə imzalayıb.
“Report” xəbər verdi ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sol cinah müdafiəçisi bu ilin sentyabrında Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivindən ayrılmışdır.
Renan Lodi daha əvvəl “Atletiko” (Madrid, İspaniya), “Marsel” (Fransa) və “Nottinqem Forest” (İngiltərə) klublarında çıxış edib.
Qeyd edək ki, “Atletiko Mineyro”nun heyətində Braziliya yığmasının sabiq üzvü, məşhur hücumçu Hulk da forma geyinir.



