"BOKT-ların nizamnamə fondunda xarici kapitalın payı 39 % təşkil edir" - Fuad İsayev - Admenasi
Sosial

“BOKT-ların nizamnamə fondunda xarici kapitalın payı 39 % təşkil edir” – Fuad İsayev

Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) filial şəbəkəsinin 62 %-i regionlardadır.

“Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor-Mikromaliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, BOKT-lar bu baxımdan bankları üstələyir.

Bundan başqa, AMB rəsmisi deyib ki, BOKT-ların nizamnamə fondunda xarici kapitalın payı 39 % təşkil edir.

Xatırladaq ki, Azərbaycanda 54 BOKT fəaliyyət göstərir. Mikromaliyyə sektorunu həmçinin 35 kredit ittifaqı təmsil edir.

Mənbə: https://sonxeber.az/386461/bokt-larin-nizamname-fondunda-xarici-kapitalin-payi-39-teskil-edir-fuad-isayev

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button