BMT-dən rəsmən çıxdı

ABŞ rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatından (BMT-nin Səhiyyə Təşkilatı) çıxıb.
Trend xəbər verir ki, üzvlüyə xitam verilməsi ilə bağlı ABŞ Dövlət katibi Marko Rubio və səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, bu qərar COVID-19 pandemiyası dövründə BMT-nin Səhiyyə Təşkilatının uğursuz siyasətinə cavab olaraq və bunun ABŞ xalqına vurduğu ziyanın aradan qaldırılması məqsədilə qəbul edilib.
Sənəddə vurğulanır ki, bir çox beynəlxalq təşkilatlar kimi, BMT-nin Səhiyyə Təşkilatı da əsas missiyasından uzaqlaşıb və dəfələrlə ABŞ-ın maraqlarına zidd addımlar atıb. “ABŞ təsisçi üzv və BMT-nin Səhiyyə Təşkilatının ən böyük maliyyə təminatçısı olsa da, təşkilat Amerika maraqlarına düşmən olan ölkələr tərəfindən idarə olunan siyasiləşdirilmiş və bürokratik gündəm həyata keçirib”, – deyə bəyanatda qeyd olunub.
Bəyanata görə, bu yanaşma nəticəsində BMT-nin Səhiyyə Təşkilatı amerikalıların həyatını xilas edə biləcək mühüm məlumatların vaxtında və dəqiq paylaşılmasına mane olub, sonradan isə bu uğursuzluqları ictimai səhiyyə maraqları ilə əsaslandırmağa çalışıb.



