BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib - Admenasi
Dunyada

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

20 milyondan çox sudanlının tibbi yardıma, təxminən 21 milyonun isə təcili olaraq qidaya ehtiyacı var.

Oxu.Az xəbər verir ki, bunu “Africanews” BMT daxilindəki humanitar təşkilatlara istinadən bildirib.

Nəşrin məlumatına görə, artıq Sudanda mininci gününə qədəm qoyan vətəndaş müharibəsi dünyada ən böyük aclığa və məcburi köçə səbəb olub.

BMT statistikasına görə, təxminən 13.6 milyon sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb. Onlardan 4.3 milyondan çoxu sərhədləri keçərək qonşu ölkələrə pənah aparıblar.

Hazırda bir neçə ərazidə döyüşlər davam edir və ölkədəki humanitar vəziyyət getdikcə daha da pisləşir.

Mənbə: https://sonxeber.az/385005/bmt-21-milyona-yaxin-sudanli-acliqla-uzlesib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button