Bloqer Hüseyn Həsənovun vergi borcu və cinayət işi ilə bağlı yeni detallar - Admenasi
Şou biznes xəbərləri

Bloqer Hüseyn Həsənovun vergi borcu və cinayət işi ilə bağlı yeni detallar

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, ittiham olunan azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənov 170 milyon rubl (4 milyon manata yaxın) məbləğində vergi borcunu ödəyib.

Həsənovun vəkilinin məlumatına görə, bu barədə bloqer 2024-cü ildə vergi borcunu ödəmişdir və bu müddətdə cəzalar və cərimələrlə birlikdə 300 milyon rubl (7 milyon manata yaxın) dəyərində ödəməli olduğu deyilir.

Qeyd edək ki, Moskvanın Presnenski Məhkəməsi Həsənov barəsində qiyabi cinayət işinə baxmağa başlayıb. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi üzrə qiyabi ittiham irəli sürülüb. Həsənov qiyabi olaraq həbs edilib və beynəlxalq axtarışa verilib.

İstintaqın məlumatına görə, fərdi sahibkar olan Hüseyn Həsənov 170 milyon rubldan çox vergi borcunu ödəməyib. Pula qanuni mülkiyyət görünüşü vermək, ondan istifadə etmək və sərəncamında saxlamaq üçün Həsənov pulları maliyyə əməliyyatları və 1-ci Krasnoqvardeysk küçəsində ümumi dəyəri 68 milyon rubldan (1 milyon 500 min manat) çox olan daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlanması vasitəsilə leqallaşdırıb.

Əlavə edək ki, Hüseyn Həsənov çirkli pulların leqallaşdırılmasında təqsirli olmadığını etiraf etməkdən imtina edib. “Müvəkkilimiz günahını qəbul etmir”, – deyə bloqerin nümayəndəsi vurğulayıb.

Mənbə: https://sonxeber.az/388774/bloqer-huseyn-hesenovun-vergi-borcu-ve-cinayet-isi-ile-bagli-yeni-detallar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button