Bir vaxtlar İbrahim Tatlısəsin varisi kimi tanınan "Küçük İbo"nun konsert verdiyi yerə baxın! - VİDEO - Admenasi
Şou biznes xəbərləri

Bir vaxtlar İbrahim Tatlısəsin varisi kimi tanınan “Küçük İbo”nun konsert verdiyi yerə baxın! – VİDEO

Bir dövr İbrahim Tatlısəsin “varisi” kimi təqdim olunan, serial və mahnıları ilə tanınan “Küçük İbo”nun son görüntüləri gündəm olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir zamanlar milyonların tanıdığı sənətçi bu dəfə ciyər restoranında səhnəyə çıxıb və onun çıxış üçün aldığı qonorarın 5 min lirə olduğu bildirilir.

12 yaşında çıxardığı ilk albomla musiqi dünyasına sürətli giriş edən “Küçük İbo” qısa müddətdə televiziya ekranlarının sevilən simasına çevrilmişdi. İbrahim Tatlısəsin televiziya proqramlarında ifa etdiyi xalq mahnıları ilə geniş auditoriyanın rəğbətini qazanan gənc sənətçi, səhnəyə çıxarkən Hülya Avşarın qucağında oturduğu görüntü ilə də maqazin tarixində iz qoymuşdu.

Lakin erkən yaşda gələn şöhrət onun üçün ağır sınağa çevrildi. 2000-ci illərin əvvəllərindən etibarən sənət karyerasında durğunluq yaşandı və “Küçük İbo” uzun müddət ictimaiyyətin diqqətindən kənarda qaldı.

Keçmiş illərdə verdiyi səmimi müsahibələrdən birində erkən yaşda tanınmağın ona baha başa gəldiyini etiraf edən İbrahim Halil Küçük, “12 yaşımda albom çıxarmağım və məşhur olmağım səhv idi. O yaşda nəyin içinə girdiyimi bilmirdim. İndi olsa, daha ehtiyatlı və daha şüurlu davranardım” sözləri ilə uşaqlıqda qazandığı populyarlığın yaratdığı təzyiqə diqqət çəkmişdi.

Uzun müddət maqazin gündəmində yer almayan Küçük İbo’nun bu dəfə səhnəyə ciyərxanada çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddialara görə, sənətçinin həmin çıxış üçün aldığı qonorar 5 min lirə təşkil edib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385445/bir-vaxtlar-ibrahim-tatlisesin-varisi-kimi-taninan-kucuk-ibonun-konsert-verdiyi-yere-baxin-video

Mənbə: https://sonxeber.az/385445/bir-vaxtlar-ibrahim-tatlisesin-varisi-kimi-taninan-kucuk-ibonun-konsert-verdiyi-yere-baxin-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button