Bir iş yerinə silahlı hücum edilib, 7 nəfər yaralanıb - VIDEO - Admenasi
Hadise

Bir iş yerinə silahlı hücum edilib, 7 nəfər yaralanıb – VIDEO

Türkiyənin Malatya vilayətində iş yerinə silahlı hücum edilib, 7 nəfər yaralanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saat 21:00 radələrində Battalgazi rayonunun Cirikpınar məhəlləsində baş verib. Məlumata görə, M.A. adlı şəxs Turgut Temelli küçəsində yerləşən və aralarında ədavət olduğu bildirilən M.Y.-yə məxsus iş yerinə gələrək pompalı tüfənglə atəş açıb.

Hücum zamanı yaralanan M.Y. yaxınlıqdakı başqa bir iş yerinə sığınmağa çalışsa da, şübhəli M.A. onun arxasınca gedərək yenidən atəş açıb. Hadisə ilə heç bir əlaqəsi olmayan daha 6 nəfər də açılan atəş nəticəsində yaralanıb.

Hadisədən sonra şübhəli ərazidən qaçaraq uzaqlaşıb. Dərhal əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar şəhərdəki müxtəlif xəstəxanalara yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində M.A. saxlanılaraq şübhəli şəxs qismində həbs edilib. Faktla bağlı araşdırma aparılır.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386576/bir-is-yerine-silahli-hucum-edilib-7-nefer-yaralanib-video

Mənbə: https://sonxeber.az/386576/bir-is-yerine-silahli-hucum-edilib-7-nefer-yaralanib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button