Bir gecədə 200 qoyunu tələf olan kişiyə duyğulandıran hədiyyə - Admenasi
Maraqli

Bir gecədə 200 qoyunu tələf olan kişiyə duyğulandıran hədiyyə

Qarsda canavar hücumu nəticəsində 214 qoyununu itirən fermerə rayon üzrə başladılan kampaniya çərçivəsində 111 qoyun verilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Qarsın Digor rayonunun Bostankale kəndində 27 yanvar tarixində baş verib. Tövləyə girən canavar fermer Əli Canpolatın qoyunlarına hücum edib. İlkin mərhələdə 136, daha sonra isə 78 qoyun olmaqla ümumilikdə 214 heyvan tələf olub.

Baş verən hadisədən sonra Ziraat Palatası, Sənətkarlar və Sahibkarlar Palatası, eləcə də Digor Muhtarlar Dərnəyinin əməkdaşlığı çərçivəsində yardım kampaniyasına start verilib.

Qars üzrə sahibkarlar, kənd icra nümayəndələri və sakinlər kampaniyaya qoşulublar. Şagirdlər də öz pul qablarında topladıqları xərclikləri bağışlayaraq aksiyaya dəstək veriblər. Toplanan vəsait hesabına 111 qoyun alınaraq Əli Canpolata təqdim olunub, qalan məbləğ isə nağd şəkildə verilib. Yardımlar Digor bələdiyyə sədri Ahmet Tayyib Kahraman və kampaniya komissiyasının üzvləri tərəfindən rəsmi protokolla fermerə təhvil verilib.

Bələdiyyə sədri Ahmet Tayyib Kahraman hadisənin üzücü olduğunu, lakin sonradan ortaya çıxan həmrəyliyin nümunəvi xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, bütün kənd rəhbərləri və sakinlər bir araya gələrək zərərin aradan qaldırılması üçün birlik nümayiş etdiriblər. Prosesin şəffaf şəkildə həyata keçirildiyi vurğulanıb.

Qeyd olunub ki, artıq qalan vəsait Sosial Yardımlaşma və Həmrəylik Fonduna köçürüləcək və qarşıdan gələn Ramazan ayında ehtiyacı olan ailələrə çatdırılacaq.

Canavar hücumu nəticəsində 214 qoyununu itirən Əli Canpolat isə kampaniyaya qoşulan bütün insanlara minnətdarlığını ifadə edib. O, xüsusilə öz xərcliklərini bağışlayan uşaqlara təşəkkür edərək bu dəstəyin onun üçün çox dəyərli olduğunu bildirib.

Mənbə: https://sonxeber.az/387697/bir-gecede-200-qoyunu-telef-olan-kisiye-duygulandiran-hediyye

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button