Sosial
Beyin əməliyyatı keçirən Sevdanın vəziyyəti açıqlandı

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova 3 gün öncə beyin əməliyyatı keçirib.
Axşam.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasından jurnalistin səhhəti ilə bağlı açıqlama verilib. Bildirilib ki, hazırda jurnalistin müalicəsi palata şəraitində davam etdirilir:
“1970-ci il təvəllüdlü şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.
Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.
Mənbə: https://sonxeber.az/387393/beyin-emeliyyati-keciren-sevdanin-veziyyeti-aciqlandi



