Beşinci övladını evdə dünyaya gətirdi - Video - Admenasi
Sosial

Beşinci övladını evdə dünyaya gətirdi – Video

Yasamal rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.

Bununla bağlı “Qafqazinfo”ya Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanında 1991-ci il təvvəllüdlü, 40 həftəlik hamilə olan qadının 5-ci doğuşu təcili tibbi yardım briqadasının nəzarəti altında baş tutub.

Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.

Briqada tərəfindən ana və yenidoğulmuşa (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Ana və yenidoğulmuşun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385231/besinci-ovladini-evde-dunyaya-getirdi-video

Mənbə: https://sonxeber.az/385231/besinci-ovladini-evde-dunyaya-getirdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button