Sosial
“Beşbarmaq”dakı mağazada qəfil öldü

Siyəzəndə mağazada ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 23:30 radələrində rayonun Qalaşıxlı kəndində “Beşbarmaq” pirinin altı adlanan ərazidə yerləşən marketdə qeydə alınıb.
Siyəzən şəhər sakini 1970-ci il təvəllüdlü Azər Məmməd oğlu Məmmədov işlədiyi mağazada qəflətən ölüb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: https://sonxeber.az/384511/besbarmaqdaki-magazada-qefil-oldu



