Baxıcısı ilə gizli evlənən 102 yaşlı milyoner atalarını xəstəxanadan qaçırdılar - Admenasi
Maraqli

Baxıcısı ilə gizli evlənən 102 yaşlı milyoner atalarını xəstəxanadan qaçırdılar

Tayvanın Taipei şəhərində 102 yaşlı milyonerin özündən xeyli gənc baxıcısı ilə gizli evlənməsi ailə daxilində qalmaqala səbəb olub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin Zhongshan rayonunda yerləşən xəstəxanalardan birində baş verib. İddialara görə, 102 yaşlı Vanq 5 yanvarda 68 yaşlı baxıcısı Lay (Lai) ilə gizli nikaha daxil olub. Daha sonra o, sərvətinin böyük hissəsini – ümumilikdə milyonlarla funt sterlinq dəyərində daşınmaz əmlak və sığorta vəsaitlərini – həyat yoldaşının və onun övladlarının adına keçirib. Vanqın ümumi sərvətinin 16-18,7 milyon funt sterlinq arasında olduğu bildirilir.

Məsələdən xəbər tutan övladları xəstəxanaya gələrək atalarını oradan aparıblar. Təhlükəsizlik kamerası görüntülərində ailə üzvlərinin Lay-i kənara itələyərək əlil arabasındakı Vanqı özləri ilə apardıqları əks olunub. Qarşıdurma zamanı Lay-in yüngül xəsarət aldığı və polisə müraciət etdiyi bildirilir.

Ailə baxıcını yaşlı kişini yaxınlarından təcrid etməkdə və onun zəif psixi durumundan istifadə edərək maddi təminat əldə etməkdə ittiham edir. Lay isə bütün iddiaları rədd edir və ailə üzvlərindən şikayətçi olub.

Səlahiyyətli qurumlar bildiriblər ki, nikah qeydiyyatı zamanı Vanq suallara aydın cavab verib və qanuni tələblər yerinə yetirilib. Tayvan qanunvericiliyinə əsasən, hüquqi fəaliyyət qabiliyyəti olan şəxslər yaş məhdudiyyəti olmadan evlənə bilirlər.

Hazırda həm nikahın, həm də əmlakın ötürülməsinin hüquqi qüvvəsi məhkəmə tərəfindən araşdırılır.

Mənbə: https://sonxeber.az/388173/baxicisi-ile-gizli-evlenen-102-yasli-milyoner-atalarini-xestexanadan-qacirdilar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button