Sosial
Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət ediblər

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonxeber.az xəbər verir ki, onlar Azərbaycanın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.
Mənbə: https://sonxeber.az/385730/bas-nazir-ve-spiker-sehidler-xiyabanini-ziyaret-edibler



